9 Mart, 2011
İqtisadi Tədqiqatlar Mərkəzi hesabat verib

Qubad İbadoğlu 2010-ci ili ugurlu hesab edir

İqtisadi Tədqiqatlar Mərkəzi 2010-cu ildəki fəaliyyətinə dair ictimaiyyətə hesabat verib. Bu gün Avropa mehmanxanasında təşkil olunan konfransda dövlət orqanları, səfirliklər, beynəlxalq təşkilatlar, donorlar, yerli QHT və KİV nümayəndələri iştirak ediblər.

Konfransda çıxış edən İTM İdarə Heyətinin üzvü Dünya Camalova mərkəzin 11 ildir fəaliyyət göstərdiyini və bu müddət ərzində şəffaflıq və hesabatlılıq prinsiplərinə daim sadiq qaldığını deyib: “Artıq 5 ildir ki, öz fəaliyyətimiz barədə bütün maraqlı çevrələrə ətraflı hesabat veririk. Bu dəfə də biz 2010-cu ildəki fəaliyyətimiz, həyata keçirdiyimiz layihələr, əldə etdiyimiz nailiyyətlər, üzləşdiyimiz çətinliklər, gələcəklə bağlı planlarımıza dair məlumatları sizlərlə bölüşəcəyik. Hər il olduğu kimi, bu dəfə də sizlərin mərkəzimiz barədə rəylərini, təklif və tövsiyələrini eşidəcəyimizə ümid edirik.”

İTM-in 2010-cu ildəki fəaliyyətinə dair geniş təqdimatı isə iştirakçılara mərkəzin idarə heyətinin sədri Qubad İbadoğlu çatdırıb: “Mərkəz aktiv fəaliyyətə 2003-cü ildən başlayıb. Arxada qoyduğumuz 2010-cu il İqtisadi Tədqiqatlar Mərkəzinin ictimai əlaqələrinin daha da genişlənməsi, həmçinin bu əlaqələrdə ciddi keyfiyyət dəyişikliklərinin baş verməsi ilə yadda qalıb”.
Q.İbadoğlunun verdiyi məlumata görə, İTM ötən il müxtəlif tədqiqatların nəticələri əsasında 9 dəfə təklif və tövsiyələrlə çıxış edib.

Ruslan


Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!