23 Aprel, 2014
Oksana aşıq Samirəyə meydan oxudu

Rəqqasə Oksana Rəsulova aşıq Samirə haqda çox sərt danışıb . Simsar.az-ın verdiyi məlumata  görə, o, “Fatiməyə söz atan qarşısında məni görəcək, cavabını özüm verəcəm” sözlərinə "Şou+"da cavab verib.

“Samirə heç vaxt mənim qarşıma çıxa bilməz. Çünki o, rəqqasə deyil” deyən Oksana, Fatimə Fətəliyeva və Samirənin özlərini şou-biznesin "Zita və Gitası” adlandırmasına da münasibət bildirib:

“Bir Zita var, o da Hema Malinidir, Hindistandadır. Bizim şou-biznesdə Zita-Gita görmürəm”.

 

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!