23 Aprel, 2014
Musiqiçilərimiz Qahirədə festivalda iştirak edirlər

"Səlahəddin" qəsr kompleksinin səhnəsində illik Beynəlxalq zərb alətləri və ənənəvi incəsənət festivalı ("The International Festival for Drums and Traditional Arts "Drums Dialogue for Peace") başlayıb.

Simsar.az xəbər verir ki, Misirin Mədəniyyət Nazirliyi tərəfindən təşkil olunmuş və aprelin 25-dək davam edəcək Beynəlxalq festivalda dünyanın 20-dən çox ölkəsindən, o cümlədən Azərbaycandan musiqiçilər iştirak edirlər.

Azərbaycanı təmsil edən nümayəndə heyətinin rəhbəri Pərvin Əfəndiyevanın, həmçinin musiqiçilərimizdən Gülnar Həşimovanın (xanəndə), Elşən Tahirovun (tar), Qönçə Mehdiyevanın (kamança), Zəminə Babayevanın (qanun), Elnur Hüseynovun (balaban), Mehman Xaliqzadənin (nağara) və Qurban Abasovun (zərb) daxil olduğu Əhsən instrumental ansamblı tamaşaçılara koloritli Azərbaycan milli musiqisini təqdim edib.

Tamaşaçılar Azərbaycan musiqiçilərinin ərəb dilində ifalarını və "Sarı gəlin" xalq mahnısını böyük maraqla qarşılamış, onları ürəkdən alqışlayıblar.

Musiqiçilərimiz Azərbaycanın Misirdəki səfirliyinin nümayəndələri və diaspor təşkilatlarımızın üzvləri və tələbələr də dəstəkləyiblər.

Günel


Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!