22 Aprel, 2014
Rusiyanın baş naziri Dmitri Medvedev ABŞ-ı hədələdi

"Rusiyaya qarşı Ukrayna ilə bağlı tətbiq olunan maliyyə sanksiyaları “cəzasız” qalmayacaq".

Simsar.az-ın verdiyi məlumata görə, bunu Rusiyanın baş naziri Dmitri Medvedev Dumanın aşağı palatasında çıxış zamanı deyib. Medvedev bir sıra beynəlxalq maliyyə qurumlar bəzi yerli banklara göstərdiyi xidməti dayandırmasını pisləyib.

Rusiyanın baş naziri Dmitri Medvedev: “Xarici partnoylar bir neçə Rusiya bankını beynəlxalq ödəniş sistemindən xaric edib. Əlbəttə ki, bu sistemlərlə bağlı qüvvədə olan müqavilələrin kobudcasına pozulması deməkdir. Hesab edirəm ki, bu cəzasız qalmamalıdır. Həmin xarici şirkətləri özlərinə gətirmək üçün var gücümüzü və əlimizdə olan vasitələri ortaya qoymalıyıq. Qoy fors-major hallarını və ya prezident, parlament seçkilərini bəhanə etməsinlər.”

Medvedev Visa və Mastercard-ı mövcud iqtisadi münasibətlər çərçivəsində hərəkət etməyə çağırıb. Medvedev bir müddət əvvəl Putinin etdiyi bəyanata qüvvət verərək, Visa və Mastercard-a rəqib olacaq milli - beynəlxalq ödəniş sistemi yaradacaqlarını bildirib.

Qeyd edək ki, Qərbin Krım böhranına görə, Rusiyaya qarşı yeritdiyi sanksiyalardan sonra Visa və Mastercard Sankt-Peterburqda qərarlaşmış Rossiya bankı və onunla bağlı 2 digər banka göstərdiyi xidmətləri dayandırıb.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!