22 Aprel, 2014
Aygün Kazımova dediyini edir - FOTO

Simsar.Az xəbər verir ki, Azərbaycanın xalq artisti, Pop Diva Aygün Kazımova hazırda İstanbulda yaradıcılıq işlərini davam etdirir.

Aygün xanım, sözləri Cəlal Qurbanova,  musiqisi mərhum bəstəkar,  əməkdar incəsənət xadimi Hikmət Mirmmədliyə məxsus olan "Azərbaycan" mahnısına yeni nəfəs verməyə qərar verib.

Bu işdə ona Türkiyənin tanınmış müğənnisi,  bəstəkar-aranjimançı Mustafa Ceceli kömək edir.

Diva, bu layihəsi barəsində Instagramdakı hesabında da məlumat verib.

 

Şahin Cavadsoy

Simsar.Az

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!