22 Aprel, 2014
Roma Papası Yatsenyukla görüşməyə razılıq verdi

Roma Papası Fransisk aprelin 26-da Ukraynanın baş naziri Arseni Yatsenyuku Vatikanda qəbul edəcək.

Simsar.az-ın verdiyi məlumata görə, Roma Papası ilə görüşdə Rusiya-Ukrayna münaqişəsinin həlli istiqamətində müzakirələr aparılacaq.

Qeyd edək ki, Ukrayna tərəfi Vatikana israrlı müraciətlərdən sonra Roma Papası Fransisklə görüş almağa nail olub. Ukraynalılar münaqişənın həll edilməsində Papadan yardım istəyir.

Xatırladaq ki, aprelin 20-də keçirilmiş ənənəvi Pasxa müraciəti zamanı Papa Fransisk Ukrayna xalqının gələcəyi naminə münaqişənin dialoqla həll ediləcəyinə ümüd bəslədiyini bildirib.


Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!