22 Aprel, 2014
Messi Premyer Liqaya gedir - İDDİA

“Barselona”nın aregntinalı ulduzu haqqında yayılan məlumat böyük əks-səda doğurub

Simsar.az xəbər verir ki, bu haqda məlumatı ispaniyanın AS qəzeti yayıb. Yayılan xəbərdə Messinin “Barselona”dan gedə biləcəyi qeyd olunub. Belə ki, Kataloniya klubu yayda futbolçunu müəyyən məbləğ qarşılığında sata bilər. Digər bir məlumatda Premyer Liqa təmsilçilərindən “Mançester Yumayted”in futbolçu ilə yaxından maraqlandığı deyilir. “Qırmızı şeytanlar”ın futbolçu ilə gizli danışıqlar apardığı da yayılan məlumatlar arasındadır.

Qeyd edək ki, bir neçə gün əvvəl verilən xəbərdə Messinin “Barselona”dan ilinə 100 milyon avro tələb etdiyi bildirilirdi.

Vüsal Məmmədzadə


Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!