22 Aprel, 2014
Prezidentin uşaqlıq şəkilləri yayıldı - Foto

Şimali Koreya televiziyası ilk dəfə olaraq Kim Çen Inın uşaqlıq şəkillərini göstərib

Şəkillər ölkənin Hərbi Hava Qüvvələrlərinin şərəfinə təşkil edilən konsertin yayımı zamanı nümayiş etdirilib.

Şəkillərdə Kim hərbi formada, həmçinin təyyarənin sükanı arxasında çəkilib. Bu şəkillərdə Kim Çen Inın neçə yaşı olduğu məlum deyil. Şəkillərin harada çəkilməsi və kim tərəfindən Hərbi Hava Qüvvələrlərinin nümayəndələrinə verilməsi haqda da xəbər verilmir.

Kəşfiyyatın məlumatına görə, Kim Çen In ibtidai təhsilini İsveçrədə alıb. Sənədlərdə o, Kim Çen In adı ilə tanınıb. Sinif yoldaşlarının sözlərinə görə Çen In basketbola maraq göstərib və tamamilə siyasətlə maraqlanmayıb. Daha sonra oğul Kim Çen fərdi proqram üzrə Kim İr Çen adına universitetdə oxuyub.

 

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!