22 Aprel, 2014
Milli Məclis mayın 2-də toplanacaq

Azərbaycan Milli Məclisinin növbəti plenar iclası mayın 2-də olacaq.

Parlamentdən verilən məlumata görə, iclasın gündəliyinə 12 məsələ daxildir.

Gündəliyə İnzibati Xətalar, Cinayət Prosessual məcəllələrinə dəyişikliklər, “Mülki dövriyyədə olmasına yol verilməyən əşyaların siyahısı haqqında”, “Mülki dövriyyənin müəyyən iştirakçılığa mənsub ola bilən dövriyyədə olmasına xüsusi icazə əsasında yol verilən əşyaların siyahısı haqqında”, “Yol hərəkəti haqqında”, “Dövlət rüsumu haqqında”, Yaşıllıqların mühafizəsi haqqında”, “Dövlət reyestri haqqında” qanunlara dəyişikliklər və bir sıra sənədlər daxildir.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!