22 Aprel, 2014
Hüquq müdafiəçisi Rauf Mirqədirovla görüşüb

İşgəncələrə Qarşı Azərbaycan Komitəsinin sədri, hüquq müdafiəçisi Elçin Behbudov və müavini Elçin Şirinov Milli Təhlükəsizlik Nazirliyinin (MTN) istintaq təcridxanasında saxlanılan jurnalist Rauf Mirqədirovla görüşüb.


E. Behbudov deyib ki, R. Mirqədirov saxlanma şəraiti normaldır: “Rauf Mirqədirov saxlanma şəraitindən və ona qarşı münasibətdən şikayət etmədi. Bildirdi ki, ona jurnalist kimi hörmət edirlər. Müstəntiq tərəfindən hər hansı təzyiq olmayıb. İstədiyi vəkillə təmin edilib. Saxlanılan zaman vəziyyəti pisləşib. Dərman veriblər sakitləşib. Lakin ittiham üzrə özünü təqsirli bilmir. İstintaqa da ifadə verməyib. Rauf Mirqədirov Ermənistana bir neçə dəfə səfər etdiyini bildirdi. Həmçinin Gürcüstanda ermənilərlə birlikdə tədbirlərdə iştirak edib. Ermənistana nə üçün getdiyini soruşdum. Bildirdi ki, Cənubi Qafqazla, geosiyasi məsələlərlə bağlı təşkil olunan tədbirlərdə iştirak edib”. (APA)

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!