22 Aprel, 2014
Tanınmış fleyta ifaçısının konserti olacaq

Mayın 2-də Rəşid Behbudov adına Azərbaycan Dövlət Mahnı Teatrında polyak fleyta ifaçısı Kşiştof Kaçkanın konserti olacaq.
Polşanın Azərbaycandakı səfirliyindən Simsar.az-a bildirilib ki, polyak musiqiçisinin konserti Polşanın Avropa İttifaqında üzvlüyünün 10 illiyinə və hər il mayın 3-də qeyd edilən Polşa Konstitusiyası Gününə həsr olunur.
K.Kaçkanın çıxışını Azərbaycan Dövlət Simli Kvarteti müşayiət edəcək.

Günel

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!