21 Aprel, 2014
Türkiyə müxalifəti daha bir vilayəti itirdi

Türkiyə Yüksək Seçki Qurumu (YSK) Yalova vilayətində bələdiyyə seçkilərinin nəticələrini ləğv edib.

Simsar.az-ın məlumatına görə, YSK ana müxalifət partiyası CHP-nin 6 səs fərqlə qalib gəldiyi seçkinin nəticələri səsvermə hüququ olmayan 7 seçicinin səslərindən istifadə edilməsi üzündən ləğv edilib.

YSK-də bu qərara 9 nəfər lehinə və 2 nəfər əleyhinə səs verib.

Yalovada yeni bələdiyyə seçkiləri eyni seçici siyahısı və eyni namizədlərlə 1 iyunda keçiriləcək.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!