21 Aprel, 2014
Xaçmazda avtobus aşdı - Xəsarət alanlar var

Xaçmaz rayonu ərazisində Bakı-Moskva istiqamətində hərəkət edən avtobus qəza törədib.

Simsar.az-ın verdiyi məlumata görə, İlqar Əliyevin idarə etdiyi, "66 – BG 707" dövlət nişanlı “Mercedes” markalı avtobus Bakı-Quba-Moskva yolunun 188-ci km-də aşıb.

İlkin məlumatlara görə, qəza zamanı avtobusda 45 sərnişin olub. Bir neçə nəfərin xəsarət aldığı bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!