21 Aprel, 2014
Dar ağacından daha bir xilasolma

İranda cinayət işlətdiyinə görə ölüm cəzası verilən məhkum edam edilərkən son anda xilas edilib. "Axar.az" xəbər verir ki, İranda bir şəxsin edam qərarı icra edilərkən öldürdüyü şəxsin anası tərəfindən bağışlanıb. Hörmüz həbsxanasında saxlanılan şəxs qəsdən adam öldürməkdə ittiham edilirdi. Məhkum edam edilmək üçün dar ağacına gətirilib. Məhkumun edam qərarı icra edilərkən öldürdüyü şəxsin anası ipdən tutub və onu bağışladığını bildirib. Bəndər Abbas Həbsxanası müdiri Həsən Mürsəlpur dar ağacından xilas edilən şəxsin sağlamlıq vəziyyətinin yaxşı olduğunu deyib. İranda ötən həftə də bir qadın oğlunu öldürən məhkumu asılmadan əvvəl yumruq ataraq bağışlamış, hadisə dünya mətbuatında geniş əks-səda doğurmuşdu.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!