21 Aprel, 2014
Araq təkcə içilməyəcək, həm də yeyiləcək

Dünya bazarında tezliklə yeni məhsul özünə yer tapacaq. Daha doğrusu adət edilən məhsul yeni formatda təqdim ediləcək. Belə ki, toz şəklində alkoqolların istehsalı planlaşdırılır. Simsar.az xarici KİV-ə istinadən məlumat verir ki, yeməklərdə də istifadə edilə bilinəcək toz alkoqolları su ilə qarışdırmaq da mümkün olacaq. “Palcohol”( powdered alcohol) adlanan məhsul ABŞ-dan lisenziya alıb. Məhsul Amerikanın məşhur alkoqollu içkilər mütəxəssisi Mark Filips tərəfindən hazırlanıb. Müəllifin sözlərinə görə, artıq, araq, rom, moxito, marqarita və kosmopoliteni 100 qramlıq tozlar şəklində əldə etmək mümkün olacaq. Alıcılara ləzzət sirrlərindən də bəhs edən Filips, 100 qram quru roma 140 ml kola əlavə etməyin məsləhətli olduğunu deyib.
Tezliklə dünyanın bir çox ölkələrində satışa çıxarılacağı planlaşdırılan məhsul ekspertləri narahat edir. Belə ki, quru alkoqolun satışı araq çaxır istehsalında durğunluğa səbəb ola bilər.

Simsar.az

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!