21 Aprel, 2014
10-cu dəfə... – STATİSTİKA

Futbol üzrə Azərbaycan millisi avqustun 20-də ən çox qarşılaşdığı rəqiblə görüşəcək.

Simsar.az xəbər verir ki, 10-cu dəfə üz-üzə gələcək rəqiblərdən üstün tərəf Azərbaycan millisidir. Belə ki, baş tutan 9 qarşılaşmadan 4-ü komandamızın xeyrinə başa çatıb. 2 dəfə meydanı məyus tərk edən millimiz 3 görüşdə də bərabərliyə razı olub. Top fərqi də bizim xeyrimizədir: 11-10.

Sonuncu dəfə 10 il əvvəl asiyalıları doğma meydanda qəbul edən Azərbaycan son 6 oyunda məğlub olmayıb.

Azərbaycan və Özbəkistan milliləri arasında baş tutan bütün görüşləri diqqətinizə çatdırırıq:

24 aprel 1998. Bakı. YO. Azərbaycan – Özbəkistan - 2:1
18 avqust 1999. Səmərqənd. YO. Özbəkistan – Azərbaycan - 5:1
15 fevral 2001. Albena. YO. Özbəkistan – Azərbaycan - 2:1
21 avqust 2002. Bakı. YO. Azərbaycan – Özbəkistan - 2:0
28 may 2004. Bakı. YO. Azərbaycan – Özbəkistan - 3:1
7 fevral 2007. Karşi. YO. Özbəkistan – Azərbaycan - 0:0
7 mart 2007. Çimkənd. BT. Özbəkistan – Azərbaycan - 0:1
1 fevral 2009. Dubay. YO. Azərbaycan - Özbəkistan - 1:1
1 fevral 2013. YO. Dubay. Azərbaycan – Özbəkistan - 0:0

Qeyd: YO - yoldaşlıq oyunu, BT – beynəlxalq turnir.

Vüsal Məmmədzadə

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!