9 Mart, 2011
Vərəmə qarşı Milli Strategiya hazırlanacaq

Azərbaycanda vərəmə qarşı Milli Strategiya hazırlanacaq

Simsar.az-ın verdiyi məlumata görə, bu barədə Səhiyyə Nazirliyinin Səhiyyə İcraatları və İnnovasiya Mərkəzində keçirilən tədbirdə məlumat verilib. Milli Strategiya səhiyyə sahəsində fəaliyyət göstərən QHT-lər, Səhiyyə Nazirliyi və ombudsman aparatının nümayəndələrinin iştirakı ilə hazırlanacaq. Milli Strategiyanın hazırlanması üçün hazırda beynəlxalq təcrübə öyrənilir. O cümlədən Cenevrədən Azərbaycana xüsusi nümayəndələr dəvət olunub. 


Milli Strategiya 2014-cü ilə qədər Azərbaycanda vərəmə qarşı mübarizə tədbirlərinin gücləndirilməsi, risklərin qarşının alınması və vərəm xəstələrinin qeydiyyatının təkmilləşdirilməsini əhatə edəcək. Milli Strategiyanın noyabr ayında başa çatdırılması və gələn ildən tətbiq olunması gözlənilir.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!