20 Aprel, 2014
Azəri Günel Alişanla birlikdə - ÖZƏL - FOTO

Simsar.Az xəbər verir ki,  tanınmış azərbaycanlı müğənni Günel Zeynalova sabah Türkiyənin Show TV kanalının canlı yayımında pərəstişkarları ilə görüşəcək.

Alişanla Çağla Şikelin aparıcısı olduğu "Hər şey daxil" proqramında Günel canlı ifaları ilə verilişə xüsusi rəng qatacaq.

"Hər şeyə dəyər " adlı mahnısına çəkdirdiyi klipi ilə maqazin gündəmindən enməyən həmyerlimiz,  qardaşı Tunar Rəhmanoğlunun bəstələdiyi və eləcədə birlikdə oxuduqları "İnsaf dilər yarın" mahnısının lentə alma səbəbini də tamaşaçılar üçün aydınlaşdıracaq.

Oxucularımız "Hər şey daxil " proqramını aprelin 21-i Bakı vaxtı ilə saat 12.00-dan etibarən izləyə bilərlər.

Şahin Cavadsoy

Simsar.az

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!