20 Aprel, 2014
Hüseyn Dəryanın ölümünün qırxıncı günü - ÖZƏL

Simsar.Az xəbər verir ki,  aprelin 24-ü mərhum reper Hüseyn Dəryanın ölümünün qırxıncı günüdür.

Əldə etdiyimiz məlumata görə həmin gün günorta saatlarında Təzə Pir məscidinin mərasim zallarının birində ehsan süfrəsi təşkil olunacaq.

Bu barədə informasiyanı H.Dəryanın həyat yoldaşı Sona da təsdiqləyib.

Hüseyn Dərya martın 14-də keçirdiyi avtomobil qəzasında dünyasını dəyişib.

Onun məzarı Bakıxanov qəsəbəsində yerləşən ailə qəbristanlığındadır.

Allah Rəhmət Eləsin.

 

Şahin Cavadsoy

Simsar.az

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!