19 Aprel, 2014
Rusiyadakı erməni miqrantlarının sayı məlum oldu

2013-cü ildə Rusiyanın ərazi miqrasiya orqanlarında 587 min 69 nəfər Ermənistan vətəndaşı qeydiyyatda olub.

Simsar.az-ın məlumatına görə, bu barədə Ermənistan miqrasiya xidməti məlumat yayıb. Qurumdan bildirilib ki, 2013-cü ildə 16 min 550 nəfər Ermənistan vətəndaşı Rusiya vətəndaşlığına keçib.

56 min 435 nəfər Ermənistan vətəndaşı yaşayış yeri üzrə qeydiyyata durub. 145 min 122 nəfər müvəqqəti icazə ilə yaşayıb. 53 min 700 nəfərin isə Rusiya Federasiyasında işləmək icazəsi olub.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!