19 Aprel, 2014
Ermənistan Xocalı soyqırımına görə Avropa Məhkəməsinə verilir

Ermənistan Xocalı faciəsini törətdiyinə görə Avropa məhkəməsinə verilir.

Simsar.az-ın verdiyi məlumata görə, Ermənistanı məhkəmyə verənlər isə “Roşhat” Azərbaycan kürd gənclər təşkilatıdır. Təşkilat Xocalı soyqırımının nə vaxt, kimlər tərəfindən törədilməsi, ölən və yaralılar barədə sənədləri toplayaraq Avropa məhkəməsindəki məhşur vəkillərdən birinə göndəriblər.

Xocalı soyqrımı ilə bağlı Azərbaycanın mövqeyini isə məhşur müstəqil hüquqşünas Kərim Yıldız müdafiə edəcək. Vəkil ANS-ə müsahibəsində etiraf elədi ki, bu, çətin proses olacaq. Bununla belə o, uğur əldə ediləcəyinə inanır. Çünki Dağlıq Qarabağ problemi dondurulmuş münaqişə deyil, hazırda müharibə şəraiti davam edir. Üstəlik laçınlı Çıraqovlar ailəsinin işini Avropa məhkəməsində qaldıran və Azərbaycan üçün mühüm əhəmiyyət kəsb edən nəticə əldə edən avropalı vəkilə digər həmkarları da yardım edəcəklər.

Kərim Yıldızın köməyini Azərbaycan bunadək işğal olunmuş Laçın rayonunun sakinləri olmuş Çıraqovların məhkəmə iddiasında görmüşdük. Avropa məhkəməsinin müstəvisinə çıxarılan bu işin nəticəsində Ermənistan həmin kəslərə təzminat ödəməyə məcbur edilib. Qərarda bildirilirdi ki, Laçından olan məcburi köçkünlər etnik və dini zorakılığa məruz qalıb, əmlakları dağıdılıb. Əslində bu qərarın verilməsi ilə Avropa məhkəməsi, hüquqi müstəvidə Dağlıq Qarabağın Azərbaycan ərazisi olduğunu, Ermənistanın isə bu əraziləri işğal etməsi faktını tanımış oldu.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!