19 Aprel, 2014
Jirinovskinin söydüyü jurnalistin vəziyyəti ağırdır

Rusiya Liberal Demokrat Partiyasının lideri (LDPR) Vladimir Jirinovskinin ötən gün təhqir etdiyi “Rossiya segodnya” telekanalının jurnalisti bu gün xəstəxanaya yerləşdirilib. Simsar.az-ın verdiyi məlumata görə, jurnalistin vəziyyəti ağırlaşıb. Həkimlərin müdaxiləsi nəticəsində jurnalistin vəziyyəti stabilləşib.

Qeyd edək ki, ötən gün LDPR sədri Vladimir Jirinovski “Rossiya segodnya” telekanalının əməkdaşını təhqir etmişdi. Belə ki, Jirinovski parlament müxbirlərinin suallarını cavablandırarkən qəfildən əsəbiləşib.

Xanım jurnalistlərdən biri Vladimir Jirinovskiyə "Rus kişisinin Ukraynaya girişinin qadağan olması ilə bağlı Rusiyanın Ukraynaya sanksiya tətbiq etməlidirmi" sualını verib. Bundan bərk əsəbiləşən Jirinovski jurnalist qadını təhqir etməyə başlayıb. Bundan sonra Jirinovski partiyasından olan bir neçə kişini jurnalist qadınların üstünə itələyərək onları zorlamalarını istəyib. “Rossiya segodnya” telekanalının əməkdaşı hamilə olduğunu söyləsə də, Jirinovski onu da təhqir etməkdən çəkinməyib.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!