19 Aprel, 2014
Əfrasiyab Bədəlbəylinin doğum günüdür

Bədəlbəyli Əfrasiyab Bədəl oğlu 19 aprel 1907-ci ildə Bakıda anadan olub. 1930-cu ildə Azərbaycan Dövlət Universitetini (indiki BDU), 1938-ci ildə Leninqrad konservatoriyası nəznində musiqi məktəbini bitirib. 

1930-cu ildən ömrünün sonundək Azərbaycan Dövlət Opera və Balet Teatrının dirijoru olub. Repertuarında Avropa, rus, sovet, eləcə də Azərbaycan bəstəkarlarının əsərləri, o cümlədən “Aida”, və “Riqoletto” (C.Verdi), “Toska” (C.Puççini), “Leyli və Məcnun” (Ü.Hacıbəyli), “Sevil” (F.Əmirov), “Vaqif” (R.Mustafayev) opearaları və s. əsas yer tutub. Əfrasiyab Bədəlbəyli ilk milli Azərbaycan baleti – “Qız qalası”nın, “Nizami”, “Söyüdlər ağlamaz” operalarının müəllifidir. Bir çox dram tamaşasına musiqi bəstələyib.

O, “Hacı Qara”, “Fərhad və Şirin” və s. Əfrasiyab Bədəlbəyli “Bahadır və Sona”, “Söyüdlər ağlamaz” operalarının, “Qız qalası”, “Qızıl açar” baletlərinin librettosunu yazıb, “Sevilya bərbəri” (C.Rossini), “Daisi” (Z.Pailaşvili) operalarının mətnini ekviritmik tərcümə edib.

Əfrasiyab Bədəlbəyli Azərbaycan musiqi sənətinin təbliğçisi, publisist kimidə tanınıb. Bakıdakı 23 saylı musiqi məktəbi Əfrasiyab Bədəlbəylinin adını daşıyır. Əfrasiyab Bədəlbəylinin musiqi tarixi ilə bağlı bir sıra elmi əsərləri vardır: “Musiqi haqqında söhbət”; “Qurban Pirimov”, “Musiqi lüğəti”. Bu əsərlərdə muğam sənəti ilə bağlı geniş məlumatlar, usta sənətkarların yaradıcılıq portretləri öz əksini tapıb.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!