19 Aprel, 2014
Ceyhun Osmanlı: “Yalandır”

Milli Məclisinin deputatı Ceyhun Osmanlı həbs olunması ilə bağlı yayılan xəbərləri təkzib edib: “Hər kəsə məlumdur ki, mənim fəaliyyətim Azərbaycan dövlətinə, prezidentinə və xalqa xidmətdən ibarətdir. Hər zaman belə olub, bundan sonra da belə olacaq.Bu xəbərlər yalandan başqa bir şey deyil.”
Qeyd edək ki, bu gün bəzi saytlarda deputat Ceyhun Osmanlının hüquq-mühafizə orqanları tərəfindən saxlanılması xəbəri yayılıb.


Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!