19 Aprel, 2014
TQDK: İmtahanlar 250 məktəbdə keçirilib

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası Respublikanın ümumtəhsil müəssisələrinin V və VI sinif şagirdləri üçün rayonlarda 14 və 15 aprel , Bakı şəhərində 17 və 18 aprel tarixlərində monitorinq imtahanları keçirib.

Komissiyanın mətbuat xidmətindən Simsar.az-a verilən məlumata görə, imtahanlar həm Azərbaycan, həm də rus bölmələri üzrə Ana dili və riyaziyyat fənlərindən aparılıb. Hər bir fənn üzrə imtahan müddəti 1 saat 30 dəqiqə olub. V və VI siniflər üçün monitorinq imtahanları respublika üzrə ümumilikdə 250-ə yaxın məktəbdə həyata keçirilib.

Bütün binalarda imtahan təlimata uyğun şəkildə keçirilmiş, şagirdlərin öz bilik səviyyələrini nümayiş etdirmələri üçün zəruri şərait yaradılıb.

Qeyd edəki ki, XI sinif şagirdləri üçün monitorinq imtahanları isə Bakı şəhərində 22, 23 və 24 aprel tarixlərində, digər şəhər və rayonlarda isə 29-30 aprel tarixlərində həyata keçiriləcək.

Aysel Kərimova

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!