19 Aprel, 2014
Putin bir daha Qərblə münasibətlərdən danışdı

“Rusiya ilə Qərb arasındakı münasibətlərin normallaşmasına heç nə mane olmur”.Məlumata görə, bunu “Rossiya 1” telekanalında yayımlanan “Vesti v subbotu s Sergeyem Brilyovım” verilişində Rusiya prezidenti Vladimir Putin bəyan edib.O qeyd edib ki, bu məsələdə hər şey tərəflərin iradəsindən asılıdır.

“Bu, Moskvadan asılı deyil. Yaxud da təkcə bizdən asılı məsələ deyil. Tərəfdaşlarımızdan da asılıdır. Düşünürəm ki, normal əməkdaşlığımız üçün heç bir maneə yoxdur”, - deyə o vurğulayıb.



Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!