19 Aprel, 2014
Xirdalanda 52 yaşlı kişi özünü öldürdü

Xırdalanda 52 yaşlı kişi intihar edib. Simsar.az-ın verdiyi məlumata görə, hadisə bu gün səhər saatlarında Xırdalan şəhəri, Heydər Əliyev prospekti, Quşçuluq yaşayış massivində olub.
Binalardan birinin 8-ci mərtəbəsində yaşayan, 1962-ci ildə doğulmuş Rövşən Qəzənfər oğlu Məmmədov özünü yaşadığı evin eyvanından atıb və aldığı xəsarətdən yerindəcə keçinib.


Faktla bağlı cinayət işi başlanıb, istintaq gedir.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!