18 Aprel, 2014
Səhiyyə naziri Qarabağa gedib

Səhiyyə naziri Oqtay Şirəliyev isə aprelin 18-də Tərtər Mərkəzi Rayon Xəstəxanasında vətəndaşları qəbul edib.

Qəbulda Tərtər, Ağdam, Bərdə, Yevlax rayonları və Mingəçevir şəhəri sakinlərinin şikayətlərinə baxılıb. Ümumilikdə 31 nəfərin sağlamlıq problemləri, işlə təminat və s. məsələlərlə bağlı müraciətləri dinlənilib.

Respublikamızın tibb üzrə aparıcı elmi tədqiqat institutlarının və xəstəxanalarının rəhbərlərinin də iştirak etdikləri qəbulda vətəndaşların müraciətində qaldırılan məsələlərin bir çoxu yerindəcə həllini tapıb.

Nazirliyin səlahiyyətlərinə aid olmayan məsələlər isə aidiyyəti üzrə çatdırılmaq üçün qeydiyyata alınaraq nəzarətə götürülüb.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!