18 Aprel, 2014
Meksikada güclü zəlzələ baş verib

Simsar.az-ın məlumatına görə, ABŞ Geologiya xidmətinin məlumatına görə, zəlzələnin gücü Rixter şkalası ilə 7,5 bal olub.

Zəlzələnin episentri qərbi Qerrero ştatında yerləşir. Bu, Akapulko kurortunun yaxınlığında yerləşir. İnsan ölümü və dağıntılar barədə məlumat hələ ki, yoxdur.

Ölkənin paytaxtı Mexiko şəhərində evlər 30 saniyə ərzində silkələnib, şüşələr partlayaraq dağılıb. İnsanlar təlaş içində küçəyə qaçıblar.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!