18 Aprel, 2014
Tərtərdə qanlı olay: kənd sakini bıçaqlandı

Tərtərdə bıçaqlanma hadisəsi olub. Rayonun Bəyimsarov kəndində üç nəfər maskalı şəxs kənd sakini Rüxsarə  Həsənovanın evinə basqın edib.

Onlar ev sahibinin oğlu Vidadi Hüseynova çoxsaylı bıçaq zərbəsi vuraraq evdən 600 manat pul  və 1800 manat dəyərində qızıl - zinət, bəzək əşyalarını aparıblar. Tərtər Mərkəzi Rayon Xəstəxanasına çatdırılan Vidadi Hüseynovun vəziyyətinin orta-ağır olduğu bildirilir. Yerli hüquq-mühafizə orqanlarının əməkdaşları sözügedən əməli törətmiş şəxslərin kimliyini müəyyən edilməsi istiqamətində iş aparılır.

 

 

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!