18 Aprel, 2014
Prezident Markesin ölümünə görə başsağlığı verdi

Azərbaycan prezidenti İlham Əliyev Kolumbiya Respublikasının prezidenti Xuan Manuel Santosa məktub göndərib

Simsar.az prezidentin rəsmi saytına istinadən xəbər verir ki, İlham Əliyev məktubda böyük yazıçı, Nobel mükafatı laureatı Qabriel Qarsiya Markesin vəfatı xəbərindən kədərləndiyini deyib: ”Böyük yazıçı, Nobel mükafatı laureatı Qabriel Qarsiya Markesin vəfatı xəbəri bizi olduqca kədərləndirdi. Bu əvəzsiz itki ilə əlaqədar kədərinizi bölüşür, Sizə, mərhumun ailəsinə, bütün Kolumbiya xalqına öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verirəm”.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!