18 Aprel, 2014
Aydın Əliyev Beyləqana gedəcək

Dövlət Gömrük Komitəsinin (DGK) sədri Aydın Əliyev Beyləqanda vətəndaşları qəbul edəcək

Simsarşaz-ın verdiyi məlumata görə, mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq, Komitənin sədri, gömrük xidməti general-leytenantı A.Əliyev aprelin 25-də saat 11:00-da Beyləqan şəhərində yerləşən Heydər Əliyev Mərkəzində (Heydər Əliyev prospekti 7) bu bölgədən olan vətəndaşları qəbul edəcək.

Qəbul zamanı bölgədə yerləşən rayonların - Beyləqan, Füzuli, Cəbrayıl, Kəlbəcər, Xocavənd, Xocalı, Laçın rayonlarının sakinlərinin gömrük məsələləri ilə bağlı müraciətləri dinləniləcək


Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!