9 Mart, 2011
Roma Adrianonu qovdu

İtaliyanın “Roma” klubu braziliyalı futbolçu Adriano ilə müqaviləni pozub

Simsar.az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, 29 yaşlı hücumçu yenə nizam-intizama riayət etmədiyi üçün qovulub. 

Braziliya yığmasının sabiq oyunçusu yanvarda əl sınığını müalicə etdirmək üçün vətəninə yollanıb. O, həmin zədəni İtaliya Kubokunda “Latsio” ilə matçda alıb. Lakin “sambaçı” nəzərdə tutulan vaxtda komandasının düşərgəsinə qayıtmayıb.

Qeyd edək ki, Adrianonun “Roma” ilə 2013-cü ilin yayınadək müqaviləsi var idi.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!