18 Aprel, 2014
Qobustanda intiharın qarşısı alındı

Bu gün Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Qobustan şəhərində 1 nəfərin intihar məqsədi ilə qülləyə qalxması barədə məlumat daxil olub. Simsar.az-ın nazirliyin saytına istinadən verdiyi məlumata görə, dərhal Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub və aidiyyəti qurumlar məlumatlandırılıb.

Yanğınsöndürən-xilasedicilər tərəfindən aparılmış psixoloji söhbət nəticəsində vətəndaş qüllədən endirilib. Əməliyyat saat 15:20-də başa çatıb.

 

 

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!