18 Aprel, 2014
Babası şuşalı olan erməni milyarder Qarabağa niyə getdi?

Rusiyada “Reso Qarantiya”ya şirkətinin vitse-prezidenti, milyarder Nikolay Sarkisov Dağlıq Qarabağa qanunsuz səfər edib. Simsar.az-ın verdiyi məlumata görə, Xankəndidə separatçı rejimin “prezidenti” Bako Saakyanla görüşən Sarkisov burada maliyyələşdirdiyi layihələrinin, o cümlədən məktəb binasının yeni korpusunun tikintisi ilə maraqlanıb. Nikolay Sarkisovun həm də Dağlıq Qarabağda dağ-mədən sahəsində geoloji kəşfiyyat və istismar işlərini həyata keçirən şirkətlərin pay sahibidir. 2014-cü il üzrə Rusiyanın ən zəngin 200 milyarderinin siyahısını dərc edən  “Forbes” jurnalı Nikolay Sarkisovu 1,1 milyard dollar şəxsi sərvətlə siyahının 98-ci pilləsində qərarlaşdırmışdı.

Nikolay Sarkisovun qardaşı, “Reso-Qarantiya” şirkətinin direktorlar şurasının sədri Sergey Sarkisov isə eyni sərvətlə 99-cu pillədə yer alıb.

Xatırladaq ki, Sarkisovun babası əslən Şuşadandır.

 

 

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!