18 Aprel, 2014
ABŞ – Azərbaycan oyunu bu kanalda yayımlanacaq

Yığmamızın ABŞ-la keçirəcəyi yoldaşlıq oyununun canlı yayımlanması ilə əlaqədar AFFA tərəfindən elan olunmuş tenderin nəticəsi müəyyənləşib

Simsar.az AFFA-nın saytına istinadən xəbər verir ki, tenderin televiziya kanalları arasında keçirilməsinə baxmayaraq, müxtəlif şirkətlər yayımın sponsoru olmaq üçün müraciət edib.

Nəticədə tenderin qalibi Bakcell şirkəti olub. ABŞ - Azərbaycan oyununun ölkəmizdə televiziya yayımının baş sponsoru olan Bakcell şirkəti isə qarşılaşmanın “İdman Azərbaycan” kanalında göstərilməsini istəyib.

Qeyd edək ki, bu görüş yerli vaxtla mayın 27-də, saat 19:00-da (Bakı vaxı ilə 28 may, saat 07:00) San-Fransisko şəhərindəki “Kandlstik Park” stadionunda keçiriləcək.

Simsar.az


Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!