18 Aprel, 2014
Mərkəzi Bankda kredit riskləri ilə bağlı təqdimat olub

Mərkəzi Bankda tədbir keçirilib. Simsar.az-ın verdiyi məlumata görə, banklarda kredit riskinin tənzimlənməsində proaktiv meyarların nəzərə alınmasını və differensial ehtiyatlanmanın tətbiqini təmin etmək məqsədilə qəbul olunmuş yeni “Aktivlərin təsnifləşdirilməsi və mümkün zərərlərin ödənilməsi üçün xüsusi ehtiyatların yaradılması Qaydaları”nın geniş təqdimatı olub.

Tədbirdə ölkədə fəaliyyət göstərən bankların nümayəndələri və Mərkəzi Bankın aidiyyəti departamentlərinin əməkdaşları iştirak edib.

Təqdimatın əsas məqsədi kredit riskləri üzrə prudensial siyasətin banklar tərəfindən düzgün və effektiv şəkildə tətbiq edilməsinin təmin olunmasıdır. Təqdimat zamanı Qaydalardakı dəyişikliklərin detallı izahı və banklarda yeni prudensial çərçivənin implementasiyası prosesində yaranmış suallarla bağlı istiqamətverici məlumatlar verilib.

 

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!