18 Aprel, 2014
Prezident baş sağlığı verdi

Azərbaycan prezidenti İlham Əliyev Koreya Respublikasının Prezidenti xanım Pak Kın Heyə başsağlığı məktubu ünvanlayıb.

Simsar.az xəbər verir ki, prezident məktubunda “Sevol” bərəsinin qəzaya uğraması nəticəsində çoxsaylı insan tələfatı xəbərindən kədərləndiyini bildirib: "Bu faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxınlarına, bütün xalqınıza öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verir, xəsarət alanların tezliklə sağalmasını arzulayıram”.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!