18 Aprel, 2014
Natəvan Həbibi: “Bu xəbəri yazanlar gedib tarixi araşdırsınlar”

Natavan Həbibi haqqındakı növbəti qaralama kampaniyasına cavab verib. Simsar.az xəbər verir ki, Natəvan mətbuata açıqlamasında bildirib ki,  Heydər Əliyev adına Respublika Sarayının rəhbərləri ilə görüşdə də qeyd olunub ki, Laçının işğal günü ayın 18-dir: "Bu xəbəri yazanlar gedib tarixi araşdırsınlar. O zaman görəcəklər ki, işğal günü ayın 18-dir. Buna hətta bu gün Natavanı tənqid edən saytların arxivində də rast gələ bilərik. Natavan özü də bu məsələni araşdırdı, hamı da bilir ki, Laçının işğalı günü ayın 17-si deyil”. Qeyd edək ki, bu gün mediada yayılan xəbərə görə, Natavan Həbibi 1992-ci il may ayının 17-i Azərbaycanın Laçın rayonunun ermənilər tərəfindən işğal olunduğunu unudub.

Günel


Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!