18 Aprel, 2014
İlham Əliyev baş direktoru qəbul etdi

Prezident İlham Əliyev bu gün Səudiyyə Ərəbistanı Krallığı Sərhəd Xidmətinin baş direktoru Zumeyyim bin Cuveybir Əs-Səvvatın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

Simsar.az xəbər verir ki, Azərbaycan ilə Səudiyyə Ərəbistanı Krallığı arasında ikitərəfli əlaqələrin uğurla inkişaf etdiyini vurğulayan dövlətimizin başçısı ölkələrimiz arasında mövcud dostluq münasibətlərinin önəmini qeyd edib. Siyasi əlaqələrimizin yüksək səviyyədə olduğunu vurğulayan prezident İlham Əliyev mədəniyyət və humanitar sahələrdə də əməkdaşlığımızın razılıq doğurduğunu bildirib. Sərhəd xidmətləri arasında da əməkdaşlığın inkişaf etdirilməsinin əhəmiyyətini vurğulayan dövlətimizin başçısı bu sahədə birgə fəaliyyət, qarşılıqlı təcrübə və informasiya mübadiləsinin ölkələrimizin təhlükəsizliyinin daha da möhkəmləndirilməsi işinə xidmət edəcəyinə ümidvar olduğunu bildirib.

Səudiyyə Ərəbistanı Krallığı Sərhəd Xidmətinin baş direktoru Zumeyyim bin Cuveybir Əs-Səvvat ölkəmizə ötənilki səfərini məmnunluqla xatırladıb. Zumeyyim bin Cuveybir Əs-Səvvat azərbaycanlı həmkarları ilə əməkdaşlığın inkişaf etdirilməsi məsələləri barədə müzakirələr apardıqlarını vurğulayıb


Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!