9 Mart, 2011
Amerika elminin nümayəndəsi Bakıda

Elis Qast BDU -da keçirilən mərasimə qatılacaq

Amerika Birləşmiş Ştatların prezident Barak Obamanın elm və təhsil sahəsində ikitərəfli əlaqələrin gücləndirilməsi təşəbbüsünün bir hissəsi olaraq ABŞ-ın elm məsələləri üzrə nümayəndəsi Dr. Elis Qast Azərbaycanda səfərdədir. 

Səfirliyin mətbuat xidmətindən Simsar.az-a verilən xəbərə görə, martın 8-dən 11-dək olan səfər çərçivəsində Dr. Qast enerji, informasiya texnologiyaları, dövlət-özəl sektor arasında tərəfdaşlıq və təhsil sahəsində Birləşmiş Ştatlar və Azərbaycanlı tərəfdaşlar arasında qarşılıqlı əməkdaşlığın həyata keçirilməsi sahələrini müəyyən edəcəkdir. O, yüksək vəzifəli dövlət rəsmiləri, nazirlər, eləcə də elm, təhsil, qeyri-kommersiya və biznes ictimaiyyətinin liderləri ilə görüşlər keçirəcəkdir. Dr. Qast səfər çərçivəsində ABŞ hökumətinin maliyyə dəstəyi ilə Bakı Dövlət Universitetinin iki kitabxanasında simsiz internet xidmətinin açılması mərasimində iştirak edəcəkdir. Dr. Qast eyni zamanda elm sahəsində qadınların imkanları və onların üzləşdikləri çətinlikləri müzakirə etmək məqsədilə qadın alimlərlə görüşəcəkdir.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!