18 Aprel, 2014
Qənirə Paşayevadan maraqlı - TƏKLİF

“Cəbhə bölgəsində yaşayanlar communal xərclərdən azad olunsun”

Milli Məclisin bugünkü iclasında millət vəkili Qənirə Paşayeva ön cəbhədə baş verənlərdən danışıb. Simsar.az xəbər verir ki, millət vəkili bildirib ki, o özü də cəbhə bölgəsindən seçilən millət vəkilidir. Və təklif edib ki, həmin bölgədə yaşayanlar bəzi ödənişlərdən azad olsunlar. “Ermənilər snayperlə qadın-uşaq demədən evləri atəşə tuturlar. Düzdür, Milli Ordumuz düşmənə layiqincə cavab verir. Ancaq bu gərginlikdə yaşayan uşaqlarla digər rayonlarda yaşayanlar arasında fərq var. Təklif edirəm ki, bu bölgələrdə yaşayan tələbələr ödənişdən azad olunsun. Digər bir məsələ bu bölgədən olanların kommunal xərclərdən azad olunması, və həmin ərazilərdə iş yerləri açanların vergidən azad olunmasını istərdim.

Elmar Hüseynov

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!