9 Mart, 2011
İqtisadi İnkişaf Nazirliyindən "yumurta" hədəsi

Süni qiymət artımına yol verən şəxslərə qarşı tədbirlər görüləcək

İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən aparılan monitorinqlər zamanı toyuq yumurtasının pərakəndə satış qiymətində artım olduğu müəyyən edilib. 

Nazirliyin mətbuat xidmətindən Simsar.az -a verilən məlumata görə, toyuq yumurtasının qiymətinin artmasının səbəblərinin araşdırılması və süni qiymət artımının qarşısının alınması üçün Dövlət Xidməti tərəfindən antiinhisar qanunvericiliyinin tələblərinin pozulması əlamətləri üzrə iş qaldırılıb və araşdırmalar aparılır.

Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti təsərrüfat subyektlərinə bir daha xəbərdarlıq edir ki, süni qiymət artımına yol verən şəxslərə qarşı qanunvericiliyə uyğun olaraq tədbirlər görüləcək.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!