9 Mart, 2011
Kıvanc Tatlıtuğ Azərbaycana gəlir

Aktyor festivalda iştirak edəcək

Türkiyənin populyar aktyoru Kıvanc Tatlıtuğ Azərbaycana gələcək. Türkiyənin Azərbaycandakı səfirliyindən APA-ya verilən məlumata görə, aktyor onun iştirakı ilə keçiriləcək “İstanbul Shopping Festival”-da iştirak etmək üçün Bakıya gəlir.

Festivaldan əvvəl isə mətbuat konfransı təşkil olunacaq.

Qeyd edək ki, K. Tatlıtuğ Türkiyədə seriallarda oynadığı rollarla Azərbaycanda da məşhurdur. Aktyor daha çox “Gümüş” və “Aşk-ı memnu” seriallarında yaratdığı obrazlarla populyarlaşıb.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!