18 Aprel, 2014
Rusiyanın ən varlı adamının adı bəlli oldu

Alişir Usmanov “Forbes Rusiya” nəşri tərəfindən tərtib edilmiş Rusiyanın “200 ən varlı” iş adamlarının siyahısında ilk sıradakı yerini qoruyub.

Simsar.az-ın məlumatına görə, bu reytinqdə o, üçüncü il ardıcıl olaraq ilk pillədədir. "Metalloinvest", "Megafon", ”Mail.ru Group “ və Facebook-un keçmiş investoru il ərzində varidatını 1 milyard dollar artıraraq 18,6 milyarda çatdırıb.

İkinci yerdə 17,6 milyard dollar varidatla Mixail Fridman qərarlaşıb. Onun ötən il qazancı 1,1 milyard artıb. Üclüyü 15.6 milyard dollarla "Novatek" və " Sibur"in sahibi Leonid Miçelson tamamlayır. Onun hesabında 0.2 milyard dollar artım olub. İlk onluqda “Volga Group”un sahibi Gennadi Timçenko (ümümi varidatı 15,3 milyard ) , "LUKoyl"un sahibi Vahid Ələkbərov (13,6 milyard ), "Norilsk Nikel"in sahibi Vladimir Potanin (12,6 milyard dollar) , " EuroChem"un sahibi Andrey Melniçenko (11,4 milyard ) yer alib.

Onluğu 11,3 milyardla “Alfa-qrup”un sahibi Qerman Xan tamamlayır.

Qeyd edək ki, 2009-cu ildə ilk sirada qərarlaşmış Mixail Proxorov onluqdan kənar qalıb. ”Vətəndaş platforması” partiyasının eks liderinin varidatı 10,9 milyard dollardır.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!