8 Mart, 2011
AZADLIĞINIZIN ÖZÜ YOXDU, GÜNÜ MÜBARƏK!

Əziz xanımlar, bezməyin, usanmayın, bizdən Şuşa xəbərini gözləyin

Bir il də keçdi, azərbaycanlı kişilər azərbaycanlı xanımların xəcalətindən çıxa bilmədi. Kişilər geri qaytara bilmədi işxaldakı əraziləri.
Utanmaq haqqından istifadə edib, pıçıltı ilə deyirik: azadlığınızın günü mübarək olsun, xanımlar. Azadlığınızın özü isə kişilərin çiynində gələcək. Soruşmayın nə vaxt. Cavabını tapmadığımız yeganə sual budu.
Ən böyük hədiyyəniz Şuşanın taptaqdan qurtulması xəbəridi. Sizdən rica edirik, bezməyin, usanmayın, bu xəbəri biz kişilərdən gözləyin. Eşitəcəksiz, mütləq və mütləq!

Simsar.az –ın kişi kollektivi

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!