17 Aprel, 2014
Kerri Rusiyanı hədələdi

ABŞ-ın dövlət katibi Con Kerri bəyan edib ki, Cenevrədə Ukraynadakı vəziyyətlə bağlı danışıqlar məhsuldar olub, amma bütün razılaşmaları həyata keçirmək lazımdır.

Simsar.az-ın məlumatına görə, Kerri həm də qeyd edib ki, əgər Ukrayna ilə bağlı anlaşmalar gerçəkləşdirilməzsə, ABŞ-ın Rusiyaya qarşı sanksiyaları sərtləşdirməkdən başqa yolu qalmır.

Kerri vurğulayıb ki, diplomatlar vəziyyətin düzəldilməsi və ölkədə təhlükəsizliyin bərpa edilməsi üçün üçün konkret addımlar barədə razılaşıblar.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!