17 Aprel, 2014
Bulvarda ölən kişinin adı açıqlandı

Dənizkənarı Milli Parkda qəfildən dünyasını dəyişən şəxsin kimliyi məlum olub.

Simsar.az xəbər verir ki, 39-cu Polis Bölməsindən ANS PRESS-ə verilən məlumata görə, ölən şəxs Şirvan şəhərinin Xaqani küçəsində qeydiyyatda olan Əsgərov Ramiz Böyükağa oğludur.

Həkimlər Şirvan sakininin ürəktutmasından dünyasını dəyişdiyini bildirib.

 

Mərhumun meyiti aidiyyatı üzrə təhvil verilib.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!