17 Aprel, 2014
Rumıniya prezidentinin saytını dağıtdılar

Rumıniyanın Kluj-Napoka şəhərindən naməlum haker məxfi informasiyaya icazəsiz giriş məqsədilə Rumıniya prezidentinin saytına müdaxilə edib. Bu haqda Mütəşəkkil Cinayətkarlıq və Terrorizmlə Mübarizə İdarəsindən jurnalistlərə bildirilib.

"Cinayətkar prezident saytının serverinə xidmət göstərən informasiya sisteminə giriş əldə edib", – qurumdan bildirilib.

Simsar.az ICTnews-a istinadən bildirir ki, məlumata əsasən, artıq 4 ildir qeyri-qanuni fəaliyyətlə məşğul olan haker həbs olunub.

Xatırladaq ki, ötən il Barak Obama administrasiyası nümayəndələrinin elektron poçtlarına müdaxilədə şübhəli bilinən Guccifer ləqəbli haker həbs edilmişdi.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!