17 Aprel, 2014
Bərdədə evi yandı

Bərdə rayonunda yaşayış evində yanğın baş verib. "Axar.az" FHN-in rəsmi saytına istinadən xəbər verir ki, Bərdə rayonu, Mirzəcəfərli kəndində (rayon mərkəzindən 15 km aralı) vətəndaşa məxsus ümumi sahəsi 104 kv.m olan birmərtəbəli 3 otaqlı evin yanar konstruksiyaları, ev əşyaları qismən və bitişik ümumi sahəsi 39 kv.m olan talvar yanıb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın saat 16:44-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!